Lənkəranda əməliyyat keçirən polis serjantı öldürüldü

Lənkəranda brokonyerliyə qarşı keçirilən əməliyyat zamanı polis ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 29-da saat 23 radələrində NBPİ-nin Su NPİ Lənkəran XPŞ əməkdaşlarının brokonyerliyə qarşı keçirdikləri əməliyyat tədbirləri zamanı "Veravul" çayının Lənkəran rayonunun Ürgə kəndindən keçən hissəsində qayıqda qanunsuz balıq ovu ilə məşğul olan kənd sakinləri Rafiq Əsgərovu və Bəhruz Hüseynovu tutmaq istəyərkən R.Əsgərov elektrik cərəyanına bağlanmış toru suya atıb hadisə yerini tərk ediblər.Tora toxunmuş polis kiçik serjantı Malik Cahangirovu elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı cinayət işi başlanmışdır.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərov və B.Hüseynov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31