Bakıda “KAMAZ” “Jiquli”ni tapdadı, 4 nəfər öldü
30 Sentyabr 2014 14:46 KriminalBakıda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 29-da saat 23 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri Saməddin Əhədovun idarə etdiyi "KamAZ" və Elçin Alıyevin idarə etdiyi "VAZ-2102" markalı avtomobillər toqquşmuşdur. E.Alıyev və sərnişinləri Qəhrəman Məmmədov və digər 2 sərnişin (1 qadın və 1 kişi) hadisə yerində ölüblər. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31