Keçmiş məhbus Bakıda marşrutda sərnişini qarət etdi

Bakıda marşrut avtobusunda quldurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,   sentyabrın 29-da Nərimanov rayonu ərazisində 25 saylı xətt avtobusunda naməlum şəxs Bakı şəhər sakini Əkbər Cəfərovun 100 manatını açıq talama yolu ilə alıb hadisə yerini tərk edib. Nərimanov RPİ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi İsmayılov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31