DİN Göyçaydakı dəhşətli qəza barədə məlumat yaydı
30 Sentyabr 2014 14:38 KriminalDaxili İşlər Nazirliyi Göyçayda toy karvanında baş verən dəhşətli qəza barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 29-da saat 12 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində Ağsu rayon sakini Davud Məmmədovun idarə etdiyi "Mercedes" və Göyçay rayon sakini Bəxtiyar Əsgərovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. D.Məmmədov və sərnişinlərindən - arvadı Jalə, qızı Gülay, azyaşlı nəvəsi Mələk, Ağsu şəhər sakinləri Günel Məhərrəmli, Ramiz, habelə B.Əsgərovun sərnişinləri - atası Firudin, anası Lumu, arvadı Nahidə hadisə yerində ölmüş, özü və D.Məmmədovun digər sərnişini Sevinc Mirzəyeva xəstəxanaya yerləşdiriliblər. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31