Ukraynadan Türkiyəyə gələn azərbaycanlının avtomobilinin beynəlxalq axtarışda olduğu üzə çıxıb

Ukraynadan gəmi ilə Türkiyənin Zonquldaq vilayətinə gətirilən 100 min dollarlıq "Cip" avtomobili müsadirə edilib.APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sürücüsü azərbaycanlı, 46 yaşlı N.G. olan "cip"in müsadirə edilməsinə səbəb Slovakiyadan oğurlanması göstərilib.Türkiyə gömrüyü "AP 7001C" nömrə nişanlı avtomobilin "İnterpol" xətti ilə oğurluq maşın kimi axtarışda olduğunu üzə çıxarıb. Ukrayna pasportuna malik "cip"in sürücüsü isə avtomobili Ukraynadan aldığını, onun oğurluq olmasından xəbərsiz olduğunu bildirib. O, Türkiyəyə Ankara şəhərində müalicə edilən bir yaxınına baş çəkməyə gəldiyini bildirib.N.G.-nin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Hazırda avtomobil Zonquldaq Gömrük İdarəsində saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31