Azərbaycanlı müğənni məhkəməyə verildi

Özünəməxsus maraqlı ifası ilə fərqlənən müğənni Ləman Əlizadə fəaliyyətə başladığı ilk gündən qalmaqalla üzləşib.Belə ki, müğənni Özbəkistanda məhkəməyə verilib. Gürcüstanda "Əzizim o" adlı mahnısına klip çəkdirən Ləman Əlizadə çəkilişlərini yarımçıq qoyaraq Özbəkistana getmək məcburiyyətində qalıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə L.Əlizadənin özü də məlumat verərək bildirib ki, buna səbəb "Əzizim o" mahnısının özbək müğənnisi Şahzoda məsxus olmasıdır.
Qeyd edək ki, L.Əlizadə "Azəri Top Model 2011"in qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31