Qəzalı binada qalmış azyaşlı xilas edilib
30 Sentyabr 2014 11:56 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə köməksiz vəziyyətdə qalmış uşağın təhlükəsiz əraziyə çıxmasını təmin edib və aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31