“Həyat” restoranında yanğın olub
30 Sentyabr 2014 11:50 KriminalAbşeron rayonunda, "Həyat" restaranına məxsus ümumi sahəsi 30 kv.m olan tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə tikilinin içərisində yerləşən transformatorun çıxış kabeli 0,5 p.m sahədə və tikilinin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və transformator yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31