Pambıq zavodunda yanğın baş verib

İmişli şəhərində Pambıq emalı zavodunun ərazisinə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı əraziyə yığılmış ümumi çəkisi 60 ton olan pambıq tayasının 10 kq-ı yanıb. Pambıq tayasının qalan hissəsi və yaxınlıqdakı digər pambıq tayaları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31