Bakıda təmir sexi yandı: 1 nəfər xəsarət alıb

Bakıda avtomobil təmiri sexi yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan avtomobil təmir sexinin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və içərisində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31