Ölənlərin adları bilindi
Toy karvanındakı qəzada ölən 9 nəfərdən biri körpədir
29 Sentyabr 2014 18:58 KriminalBakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol qəzasında ölənlərdən bəzilərinin adları bəlli olub. Bu barədə ANS PRESS-ə Ağsu rayon xəstəxanasından məlumat verilib. Adıçəkilən rayona 6 nəfərin cəsədi gətirilib. Bunlar aşağıdakılardır:
Bədəlova Gülay Bəhruz qızı - 1985
Məhərrəmov Ramiz Rüstəm oğlu - 2008
Məhərrəmli Günel Veys qızı - 1985
Bədəlova Mələk Rauf qızı - 2014 (6 aylıq)
Məmmədova Davud Məmməd oğlu -1967 (sürücü)
Məmmədova Jalə -1963
Adıçəkilən şəxslər Ağsu rayon sakinləri olublar.
Digər vəfat edənlər - 1936-cı il təvəllüdlü Firuddin Əsgərov, həyat yoldaşı 1938-ci il təvəllüdlü Lumu Əsgərova və gəlini, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı isə Göyçay rayon xəstəxanasına aparılıblar.
Ailənin oğlu 1960-cı ildə anadan olan Bəxtiyar Əsgərovun vəziyyəti isə ağırdır.
Qeyd edək ki, qəza toy karvanında baş verib.