Toy karvanında 9 ölü

Göyçayda baş vermiş ağır qəzada ölənlərin sayı artıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol qəzasında yaralanan 6 nəfərdən 5-i dünyasını dəyişib.Ağsu rayon Mərkəzi Xəstəxanasından Anspress-ə verilən məlumata görə, Göyçay rayonun Şahsoltanlı kəndi ərazisində toy mərasiminə gedən qonaqları aparan minik maşınları toqquşub. Gəlin aparan maşınların toy karvanında olan "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn "Mitsubishi Pajero" ilə toqquşub. Xilasedicilər 4 nəfərin meyitini əzilən maşından çıxarıblar. Ağsu rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Əli Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza zamanı yaralanan 6 nəfər Ağsu rayonu Mərkəzi Xəstəxanasına aparıblar. Onlardan 5-i ölüb. "Bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralı 1991-ci il təvəllüdlü Mirzəyeva Sevinc Xosrov qızıdır. Onun vəziyyəti ağırdır". İlkin məlumata görə, ölənlərdən 6-ı Ağsu, 2-i isə Göyçay rayon sakinidir.

Qeyd edək ki, bu gün saat 13:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolun 193-cü kilometrliyində nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Qəza toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında baş verib. Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşub.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31