Bakıda narkoman avtobusda qadını qarət etdi
29 Sentyabr 2014 16:07 KriminalBakıda sərnişin avtobusunda oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də 86 saylı xətt avtobusunda Bakı şəhər sakini Dünyaxanım Lətifovanın çantasından 40 manatını və sənədini oğurlamış paytaxt sakini Elxan Racov tutulub, ondan 0,291 qram heroin götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31