Bakıda qadın qohumunun 30 min manatlıq qızıllarını oğurladı
29 Sentyabr 2014 16:06 KriminalBakıda mənzildən külli miqdarda qızıl zinyət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Vüsalə Orucovanın mənzilindən 30000 manat dəyərində qızıl əşyalar oğurlamış qohumu - Bakı şəhər sakini Günel Məmmədova tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31