Bakıda bədbəxt hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 28-də Binəqədi rayonu Biləcəri qəsəbəsində Yasamal rayon Telefon Qovşağı İdarəsində işləyən Ağaməmməd Mehdiyev telefon naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31