Qaçaqmal spirtli içkilər tutuldu

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatına görə ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Bu günlərdə Aksiz Baş Gömrük İdarəsində spirtli içkilərin qaçaqmalçılığı ilə bağlı fakt aşkarlanmışdır.  Belə ki, Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamışspirtli içkilərin-araqların respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Aşırov Rövşən Aşır oğlunun idarə etdiyi "MERCEDES BENZ SPRİNTER" markalı, "90-VU-566" dövlət nömrə nişanlı sərnişin mikroavtobusuna baxış zamanı həmin mikroavtobusda sərnişin qismində əyləşmiş İsmayılov Faiq Aydın oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda "KREMLİN Avard" və "TALKA" araqları aşkar edilərək götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31