“Qax” suyu spirtli içki çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mustafa Həmzət oğlu Hacıyevin yanına qısamüddətli görüşə gəlmiş oğlu, Zaqatala rayon, Aşağı Tala kənd sakini vətəndaş Elvin Mustafa oğlu Hacıyevin üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun gətirdiyi sovqatın içərisindən bir ədəd "Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki - araq aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31