Binəqədidə şadlıq evi yandı
29 Sentyabr 2014 12:05 KriminalBakıda şadlıq evində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus üçmərtəbəli şadlıq evinin 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd plafon yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 0,5 kv.m sahədə qarsalanıb. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31