Hüquq müdafiəçisi məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Emil Məmmədov və Tofiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 2 il sınaq müddəti təyin olunmaqla 6 il müddətinə şərti olaraq azadlıqdan məhrum olunub. Emil Məmmədov və Tofiq Qasımovun məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, E. Məmmədov mayın 13-də həbs edilib və barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.  Bundan əvvəl isə T.Qasımov həbs edilib. İttihama görə, E. Məmmədovla T. Qasımov rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31