Bir gündə 69 cinayət
26 Sentyabr 2014 17:34 KriminalSentyabrın 25-də respublikanın daxili işlər orqanları tərəfindən 69 cinayət faktı qeydə alınıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, baş vermiş cinayətlərin 28-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 2 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31