Goranboyda dəhşətli qəza, bir ailənin iki üzvü öldü

Goranboyda ağır yol qəza hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 26-da saat 01 radələrində Goranboy rayonunun Nərimanlı kəndində rayon sakini Elçin Kərimov idarə etdiyi "Ford" markalı avtomobili qarşıda gedən həmyerlisi Mansur Mansurovun idarə etdiyi "Belorus" markalı traktora vurmuşdur. M.Mansurovun sərnişinləri - arvadı Rəsmiyyə və qızı Aytəkin hadisə yerində ölüblər. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31