Bakıda cibgirlik edən qadın dəstəsi tutuldu
26 Sentyabr 2014 16:25 KriminalBakıda cibgirliklə məşğul olan qadınlardan ibarət mütəşəkkil dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nizami RPİ 24-cü PB və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Aynur Əliyevanın 500 manatını və sənədini oğurlamış Bakı şəhər sakinləri Əfsanə Məmmədova və Samirə Kərimova tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Rahilə Kərimovaya, Leyla Vəliyevaya, Jalə Salahovaya və Şövkət İlyasovaya məxsus çantalardan pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31