Bakıda insanları aldadan qadın “ilişdi”

Uzun müddət axtarışda olan qadını polis yaxalayıb

Bu gecə Bakının Nizami rayonu ərazisində polis uğurlu əməliyyat keçirib. Nizami rayon Pois İdarəsi 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində uzun axtarışda olan və polisdən məharətlə gizlənə bilən Elnarə Həsənova saxlanılıb. Elnarə həsənova əsasən dələduzluq etməkdə günahlandırılır. Onun bir çox ərazilərdə, əsasən də Nizami rayonu ərazisində insanları aldadaraq pul qazandığı barədə şikayətlər olub.

Qeyd edək ki, Elnarə Həsənova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olub. Faktla bağlı istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31