Cəzaçəkmə müəssisəsinə toyuğun içərisində narkotik keçirmək cəhdinin qarşısı alındı

Penitensiar xidmətin və 4 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1965-ci il təvəllüdlü,  Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Quliyeva Nübar Adil qızının yanına qısamüddətli görüşə gəlmiş bacısı Fətəliyeva Fizzə Adil qızının gətirdiyi sovqata baxış keçirilən zaman toyuğun içərisində yerləşdirilmiş ağ selofana bükülü qırmızı rəngə oxşar 100 ədəd həb və özünə məxsus qara rəngli çantasının içərisində qara rəngli selofon kəsiyinə bükülmüş, xalis çəkisi 3,237 qram olan narkotik vasitə "Heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31