Bakıda silsilə oğurluq edən qadınlar tutulub
26 Sentyabr 2014 14:49 KriminalBakıda silsilə oğurluq edən 2 qadın tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə. Nizami rayonunda Aynur Əliyevanın 500 manatını və sənədini oğurlayan Bakı şəhər sakinləri Əfsanə Məmmədova və Samirə Kərimova tutulub. Aparılan istintaq zamanı qadınların Rahilə Kərimovaya, Leyla Vəliyevaya, Jalə Salahovaya və Şövkət İlyasovaya məxsus çantalardan pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib. Faktla bağlı araşdırma davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31