Məhbusla görüşə gəlmiş ananın çantasından telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin müxtəliv maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Hikmət Həsən oğlu Feyzitevin yanına qısamüddətli görüşə gəlmiş anası, Şirvan şəhəri, M.Əsədov küç. 7 ünvanında yaşayan vətəndaş Dünyaxanım Hidayət qızı Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd "KENEKSİ" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31