Qubada yol açılışında ölüm

Tədbirdə iştirak edən 80 yaşlı kişi qəfil dünyasını dəyişib

Bu gün Quba rayonunda qəribə ölüm hadisəsi baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, saat 12:30 radələrində yeni tikilən Quba-Kupçal-Dələduz yolunun açılış mərasimi keçirilib. Mərasimdə rayon icra başçısı, rayonun baş həkimi, millət vəkilləri və ziyalılar iştirak edib. Tədbirdə çıxış edənlr arasında Kupçal kəndinin ən yaşlı sakini 80 yaşlı Həmid Rizvanov da olub. Həmid Rizvanov çıxışında qeyd edib ki, uzun zamandır bu kənd yol üzünə həsrət olub. "Bu bizim üçün çox yaxşı hədiyyədir. Biz çox sevinirik. Mən bu kəndin ən yaşlı sakiniyəm. Sevinirəm ki, bundan sonra yeni yolumuz olacaq", - deyən Həmid Rizvanov çıxış edərkən qəfil yıxılıb. Ona baş həkim köməklik etmək istəsə də, buna nail olmayıb. Həmid Rizvanov dünyasını dəyişib. Onun infarkt keçirdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31