Terrorçuların külli miqdarda vəsaiti müsadirə edilib

ABŞ maliyyə nəzarəti üzrə xidmət orqanları "Hizbullah" təşkilatının bir bankın hesablarındaki  narkotik ticarətindən və qeyri-qanuni maliyyə əməliyyatlarından əldə etdiyi 150 milyon dolları müsadirə ediblər. "Olaylar"ın Türkiyə bürosunun xəbərinə görə, bu məlumatı  KİV-lərə Nyu-York prokuroru Pitt Bhararara və Nyu-York Polis Departamentinin Narkotik Qaçaqçılığı ilə Mübarizə şöbəsinin rəisi Mişell Lenhart veriblər. Lenhartın bildirdiyinə görə cinayət işi hələ ötən ilin dekabr ayında başlanıb və təhqiqat zamanı məlum olub ki, bütün dünyada  "Hizbullah"ın çirkli pullarının təmizlənmə əməliyyatında Lebanese Canadian Bank bankı əsas rol oynayıb. Amerika prokurorluğu Hassan Ayash Exchange Company ilə  Ellissa Holding Company şirkətləri də Livandan gələn çirkli  vəsaitin təmizləmə əməliyyatında istifadə ediblər. Pitt Bhararara bundan sonra da beynəlxalq terrorizmlə əməkdaşlıq edən maliyyə qurumlarına qarşı amansız mübarizəni davam etdirəcəklərini vurqulayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31