Dəmir yolunda qəza, elektrovoz minik maşınını vurdu

Bakıda elektrovoz qəza hadisəsi törədib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi "Saipa" markalı avtomobil vurulub. Sürücü avtomobili hadisə yerində atıb getmişdir. Nəticədə avtomobil yararsız hala düşmüş, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşmış, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kvm. hissəsi dağılıb. NBPİ XPB tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31