Bərdədəki ana ölümü ilə bağlı araşdırma başlanılıb
25 Sentyabr 2014 13:15 Kriminal"Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı Səhiyyə Nazirliyində araşdırma başlanılıb". Bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, hadisə sentyabrın 23-də axşam Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib Yevlax rayon sakini 25 yaşlı Manafova Aynur Məhərrəm qızı doğuş zamanı həyatını itirib. Nazirlikdən məsələnin komisiya tərəfindən araşdırıldığı və uzun proses olduğu deyilib. Məsələ ilə bağlı araşdırmalar yekunlaşandan sonra açıqlama veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31