Bakıdakı xəstəxanada faciə: baş həkimin müavini özünü asdı
25 Sentyabr 2014 11:12 KriminalBakıda yerləşən xəstəxanada faciə olub. Nizami rayonu ərazisində yerləşən "Xəzər" klinikasında baş həkimin müavini özünü iş otağının qapısından iplə asıb.Nizami Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Qara Qarayev küçəsi 69 ünvanında yerləşən "Xəzər" klinikasının baş həkiminin müavini Nəbiolla Heydərli iş otağının qapısının çərçivəsindən iplə asılmış vəziyyətdə aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbini öyrənməyə çalışırıq.
Anar Məmmədov
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31