Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublu barədə qərarını açıqladı

Sentyabrın 24-də Şəki şəhər Apellyasiya Məhkəməsi İsmayıllı hadisələrində təqsirləndirilən "Real" Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu barədə qərarını açıqlayıb. "Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərlinin verdiyi məlumata görə, məhkəmə tərəflərin şikayətlərini təmin etməyib və qərar qüvvədə qalıb. Qeyd edək ki, İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum olunub. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31