Bakıda oğurluq edən əcnəbi qadın yaxalandı

Bakıda ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 23-də paytaxtın Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Surayə Hacıyevanın çantasından 350 manat oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Əfsanə Məmmədova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31