Bakıda ağır qətl, oğurlanan şəxsin öldürülüb basdırılması aşkarlandı
24 Sentyabr 2014 14:45 KriminalBakıda daha bir ağır qətl hadisəsinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 23-də Bakı şəhər sakini Vüsal Rəhimov Binəqədi RPİ 6-cı PB-yə müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus "AzSamand" markalı avtomobildə sentyabrın 19-da itkin düşmüş Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsini, cəsədin isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılmasını bildirib. R.Xəlfəyevin meyiti eksqumasiya edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31