Bakıda keçmiş məhkum qohumunu xüsusi amansızlıqla öldürdü
24 Sentyabr 2014 14:44 KriminalBakıda keçmiş məhkum qohumunu öldürüb qaçıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 23-də Sabunçu rayonu Kürdəxanı qəsəbəsində əvvəllər məhkum olunmuş Hacıəli Dostməmmədov yaşadığı evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və həmin gün ölüb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş H.Dostməmmədovun qohumu Əlisamit Zeynalov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31