Əl çantasında narkotik vasitə çıxdı

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasindan Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Denis Baxtiyevə məxsusına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, əl çantası rentgen aparatından keçirilərkən həmin çantadan 2 ədəd "Медулак-WM" və 1 ədəd "Calcidi" markalanma yazılı flakonlarda təsiredici maddəsinin miqdarı 0,475 qram təşkil edən narkotik vasitə - metadon aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31