Sabirabadda narkobaron 270 kilo narkotika və silahla tutuldu
23 Sentyabr 2014 16:09 KriminalSabirabad rayonunda narkotika alverçisinin həyətində plantasiya aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini Rza Qubadovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 267 kiloqram olan 74 ədəd çətənə kolu, evindən isə 10 kiloqram 325 qram marixuana, 1 ədəd əldədüzəltmə tüfəng, 26 ədəd müxtəlia çaplı patron, 22 ədəd giliz və 250 qram barıt aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31