Gəncədə narkotika alverçisi 13 kilo marixuana ilə tutuldu
23 Sentyabr 2014 16:07 KriminalGəncədə şəhər sakini külli miqdarda narkotikanı satarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinini Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Kamal Zeynalov 300 qram marixuanaı satarkən tutulub. Onun evinə baxış zamanı isə 12 kiloqram 550 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31