Azərbaycanda bir gündə 65 cinayət baş verdi, 36 cinayətkar tutuldu
23 Sentyabr 2014 16:06 KriminalAzərbaycanda bir gündə 65 cinayət hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 22-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 33-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.