DİN Ağcabədidə 4 nəfərin ölümüylə nəticələnən qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağcabədidə baş verən dəhşətli qəza barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 23-də saat 02 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində Zərdab rayon sakini Şəmistan Əzizovun və Bərdə rayon sakini Əvəzxan Salmanovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Ş.Əzizovun sərnişinləri - Zərdab rayon sakinləri Vüqar Babayev, Rasim Əzizov, Ülfət Eminov və Bəhruz Quliyev  hadisə  yerində  ölmüş,  hər 2 sürücü xəstəxanaya yerləşdirilib. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31