Travmatik tapanca aşkar olunub
23 Sentyabr 2014 15:57 KriminalXaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan "VOLVO FH 480" markalı yük nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömtük Komitəsindən verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin kabinəsində avtomaşının sürücüsü, Rusiya vətəndaşı Mustapa İbraqimqadjiyev tərəfındən bəyan olunmayan 1 ədəd tapança qoburu, 1 ədəd "İJ-79-9T" modelli, 0733718810 nömrəli, 9 mm kalibrli özünümüdafıə təyinatlı travmatik tapanca və darağında olan 5 ədəd 9 mm kalibrli travmatik təsirli rezin başlıqlı güllələr aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31