BŞBPİ aparıcının bıçaqlanması ilə bağlı rəsmi məlumat yaydı
23 Sentyabr 2014 14:29 KriminalBakı şəhər Baş Polis İdarəsi "Xəzər" televiziyasının aparıcısı Ağakərim Şəmidzadənin bıçaqlanması ilə bağlı məlumat yayıb. BŞBPİ-dən "OLAYLAR"a verilən məlumatda deyilir ki, sentyabrın 22-si saat 23 radələrində D.Bünyadzadə küçəsində Ağakərim Şəmidzadə aldığı bıçaq хəsarətilə KTM-ə daхil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində,hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Şirinov Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31