Bakıda Təzə Avtovağzalda qəza, avtobus piyadanı vurub öldürdü
23 Sentyabr 2014 14:27 KriminalBakıda Təzə Avtovağzalda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə "OLAYLAR"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, sentyabrın 22-si saat 09 radələrində Bakı Beynəlхalq Avtovağzalının qarşısında 1990-cı il təvəllüdlü Səfa Qeybullayev idarə etdiyi "Daewoo" markalı avtobusla 1970-ci il təvəllüdlü Mütəllim Qənbərovu vurub. Nəticədə M.Qənbərov aldığı хəsarətdən hadisə yerində ölüb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31