Kürdəmirdə 2 otaqlı ev yanıb

Kürdəmir rayonu, Türkədi kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 98 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 58 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31