Ağcabədidə dəhşət: 4 ölü

Qəzada yaralananlar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər

Ötən gecə Ağcabədi rayonundə dəhşətli qəza baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza Təzəkənd kəndində baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Şəmistan Əzizovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə 1978-ci il təvəllüdlü Əvəzxan Salmanovun idarə etdiyi "VAZ-21011" markalı maşın toqquşub. Qəza nəticəsində "VAZ-21099"da olan sərnişinlər, 1978-ci il təvəllüdlü Vüqar Babayev, 1988-ci il təvəllüdlü Rüfət İsrail Eminov, 1989-cu il təvəllüdlü Bəhruz Quliyev, Rasim Əzizov ölüblər. Hər iki sürücü isə ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31