Azərbaycanda bələdiyyə sədrinin müəmmalı intiharı
23 Sentyabr 2014 11:16 KriminalGöyçay rayonunda intihar hadisəsi baş verib.APA bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib.2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M. Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.Göyçay Rayon Prokurorluğu tərəfindən intihar hadisəsinin baş vermə səbəbi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31