Azərbaycanda partlayış: ana və azyaşlı oğlu yaralandılar
22 Sentyabr 2014 16:51 KriminalŞəmkir rayonunda yaşayış evində partlayış olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini Ayşən Həmzəyevanın yaşadığı evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə ev yanıb. Yanıq xəsarətləri alan A.Həmzəyeva və azyaşlı oğlu Səfəralı xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31