DİN Şəkidəki qəza barədə məlumat yayıb
22 Sentyabr 2014 16:11 KriminalDaxili İşlər Nazirliyi Şəkidə 21 nəfərin xəsarət alması nəticələnən yol qəzası barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin sytına istinadən yaydığı məlumata görə, sentyabrın 22-də saat 00.30-da Şəki şəhərinin Biləcik kəndində şəhər sakini İlham Ramazanov idarə etdiyi "Mersedes" markalı mikroavtobusu aşırıb. Sürücü və 20 sərnişini xəstəxanaya yerləşdirilmişlər (Avtomobil qarşısına qəflətən çıxmış atı vurması nəticəsində aşmışdır. Sənişinlər Balakən rayonunda keçirilmiş toydan sonra evlərinə qayıdırmışlar). Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31