“Beşbarmaq” aşkar olunub
22 Sentyabr 2014 13:44 KriminalAntalya-Bakı aviareysilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüsal Həsənova məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda "beşbarmağ"a oxşar predmetin təsviri görünüb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin yükə təkrar gömrük baxışı keçirmiş və bu zaman V.Həsənova məxsus çamadandan 1 ədəd metaldan hazırlanan "beşbarmaq" aşkar olunub. Ədliyyə Nazirliyi Мәһkәmә Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet kustar üsulla hazırlanmış əzici-vurucu xəssəyə malik soyuq silah olub və təyinatı üzrə istifadəyə yararlıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31