Lənkəranda 2 otaqlı ev yanıb

Lənkəran şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, nəticədə ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində 2 otaq və mətbəxin yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31